Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - 32050 hərbçi, 1419 tank...

 10:25 11.06.2022     500

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 32 050 canlı qüvvəsi, 1 419 tankı, 3 466 zirehli döyüş maşını, 712 artilleriya sistemi, 222 reaktiv yaylım atəşi sistemi, 97 havadan müdafiə sistemi, 212 hərbi təyyarəsi, 178 helikopteri, 579 dronu, 125 qanadlı raketi, 2448 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri və 54 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Severodonetsk və Baxmuts istiqamətlərində verib.

T.İSMAYIL

2