Keçmiş Prezidentə 10 il həbs verildi

 11:09 11.06.2022     194

Boliviyanın keçmiş Prezidenti Janin Anyes 10 il müddətinə azadlıqdan məhrum edilib.

Redaktor.az xəbər verir ki, Boliviya məhkəməsi Anyesi dövlət çevrilişinin təşkilində təqsirli bilib. 

Məhkəmənin qərarında qeyd olunur ki, həmçinin 54 yaşlı Anyes konstitusiyaya zidd qərarlar qəbul etməkdə vəzifə öhdəliklərini yerinə yetirməməkdə təqsirli bilinib.

Qeyd edək ki, 2005-ci ildən Boliviyaya rəhbərlik edən Evo Morales 2019-cu ildə istefa verib.

Onun vəzifəsindən getməsinə səbəb isə ölkədə müzakirələr doğuran prezident seçkilərindən sonra kütləvi etirazlar olub.

Bunun ardınca isə prezident postuna Janin Anyes gəlsə də, 2 ildən sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb (qafqazinfo).