Gürcüstanın Baş naziri Prezidenti tənqid etdi

 13:09 11.06.2022     444

“Son bir neçə həftə ərzində prezidentin müxtəlif ölkələrə rəsmi səfərləri ilə bağlı bütün müraciətlərini imzalamışam və onun təmin edilməyən xahişi olmayıb”.

Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident Salome Zurabişvilinin hökumətin onun Polşa, Ukrayna və Fransaya səfərinə icazə verməməsi ilə bağlı dediklərinə münasibət bildirərkən deyib.

Hökumət başçısı jurnalistlərə açıqlamasında dövlət başçısının destruktiv müxalifətin və ölkənin düşmənlərinin bəyanatlarını təkrarladığına təəssüf etdiyini bildirib: “Deyildiyi kimi, əgər hökumət prezidenti bloklayırsa, o zaman dövlət başçısı Brüsselə necə səfər etdi?. Ümid edirəm ki, o, hökumətin işindən daha yaxşı baş çıxaracaq” (report.az).