Avropa Komissiyasının sədri yenidən Kiyevdədir

Avropa Komissiyasının sədri Ursula von der Leyen növbəti dəfə Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Leyen öz rəsmi tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək və onunla ölkənin bərpasını və Ukraynanın Avropaya inteqrasiyası məsələsində nail olduğu irəliləyişləri müzakirə edəcək.
Xatırladaq ki, Ursula von der Leyen aprel ayında da Kiyevə səfər etmişdi.