Rusların Ukraynada öldürdüyü uşaqların sayı AÇIQLANDI

Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində 287 uşaq həlak olub.
Redaktor.az "Ukrainskaya Pravda"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edilir ki, 779-dan çox uşaq bu səbəbdən zərər çəkib, 492-si yaralanıb.
Bu rəqəmlərin yekun olmadığı vurğulanır.
Zərər çəkən uşaqlara ən çox Donetsk vilayətində - 217 nəfər, Xarkovda - 132 nəfər, Kiyevdə - 116 nəfər rast gəlinib.
Prokurorlar bildirirlər ki, cinayət əməllərinin araşdırılması zamanı Donetsk vilayətinin Mariupol şəhərində Rusiya hərbçilərinin atəşi nəticəsində daha 24 uşağın öldüyü məlum olub.
Həmçinin müəyyən edilib ki, aprelin 9-da Donetsk vilayətinin Rayqorodok qəsəbəsinin işğalçılarının atəşə tutması nəticəsində 17 yaşlı qız da yaralanıb.