Hindistanda dini zəmində toqquşmalar - Ölənlər var

 20:11 11.06.2022     209

Hindistanın şərqində hakim partiyanın iki rəsmi nümayəndəsinin Məhəmməd peyğəmbəri təhqir etməsindən sonra hindularla müsəlmanlar arasında toqquşma yaşanıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, qarşıdurma zamanı iki yeniyetmə həlak olub.

Polis Jharkhand əyalətinin Ranchi şəhərində zorakılığı dağıtmaq üçün atəş açıb, lakin iki qurbanın polis, yoxsa iğtişaşçılar tərəfindən öldürüldüyü məlum deyil.

Rançi və digər ərazilərdə baş verən insident zamanı azı 14 polis məmuru yaralanıb. İğtişaşların genişlənməsinin qarşısını almaq üçün komendant saatı tətbiq edilib və internet xidmətləri dayandırılıb.