Avropa Ukrayna ilə bağlı qərarı gələn həftə verəcək

 21:23 11.06.2022     536

Avropa Komissiyası gələn həftənin sonuna qədər Ukraynanın Avropa İttifaqına üzvlüyə namizəd olub-olmaması ilə bağlı qərar verəcək.

Redaktor.az xəbər verir ki, bunu Komissiyanın prezidenti Ursula fon der Lyayen deyib.

O, Ukraynanın Aİ-yə üzvlük müraciətini müzakirə etmək üçün bu gün Kiyevə səfər edib.

“Bildiyiniz kimi, komissiya hazırda Aİ-yə üzv dövlətlər üçün ekspert rəyi təklifləri hazırlayır və biz gecə-gündüz həmin qiymətləndirmə üzərində işləyirik. Beləliklə, bugünkü müzakirələr bizə gələn həftənin sonuna qədər qiymətləndirməmizi tamamlamağa imkan verəcək", - deyə o bildirib.