Makron, Şolts və Draqi Kiyevə gedəcək

 23:33 11.06.2022     378

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts və İtaliyanın Baş naziri Mario Draqi iyunda Kiyevə səfər edəcəklər.

Redaktor.az xəbər verir ki, bu barədə BİLD nəşri məlumat yayıb

 

Nəşr yazır ki, səfər Böyük Yeddiliyin 26-28 iyunda keçiriləcək zirvə görüşünədək baş tutacaq. Tərəflər səfərlə bağlı uzun müddət müzakirə aparıblar. Draqini səfərə dəvət etmək təklifini Makron verib.