Avropa İttifaqından Ermənistana XƏBƏRDARLIQ

 11:36 12.06.2022     555

“Polis tərəfindən nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi, eləcə də nümayişçilərin asayiş keşikçilərinə qarşı güc tətbiqi qəbuledilməzdir. İyunun 3-də baş vermiş zorakılıq halları, o cümlədən xüsusi vasitələrin istifadəsi araşdırılmalıdır”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Avropa İttifaqının İrəvandakı nümayəndəliyinin başçısı Andrea Viktorin səsləndirib.

Ermənistandakı aksiyalara münasibət bildirən səfir bu ölkənin ədliyyə nazirinə narahatlığını çatdırıb. Qeyd edib ki, ombudsmanla daim əlaqə saxlayır.

Bundan əlavə, aksiyalar zamanı istifadə olunan xüsusi vasitələrin növləri, istifadəsinə icazə verilən meyarlara uyğunluğu, habelə bu vəziyyətdə istifadənin zəruriliyi və qanunauyğunluğu ilə bağlı polisdən izahatlar istənilib.