Rusiya Ukraynanın itkilərini  AÇIQLADI

 13:58 12.06.2022     1157

Rusiya müharibə dövründə Ukraynanın 201 ədəd hərbi təyyarəsinin məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Müharibə başlayandan indiyədək Ukrayna tərəfinin hərbi itkilərini açıqlayan Rusiya MN sözçüsü bildirib ki, bu dövrdə Ukrayna Silahlı Qüvvələrinin 3570 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib:

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 201 təyyarə, 130 helikopter, 1188 pilotsuz uçuş aparatı, 338 zenit-raket kompleksi, 3514 tank və digər zirehli döyüş texnikası, 508 reaktiv yaylım atəşi sistemi, o cümlədən 1870 səhra artilleriya qurğusu məhv edilib”.