Bu ölkələr Rusiyaya qarşı koalisiyaya QOŞULMADI

 14:05 12.06.2022     1949

“ABŞ prezidenti Co Baydenin administrasiyası neytral ölkələri, o cümlədən Hindistan, Braziliya, İsrail və Fars körfəzinin ərəb dövlətlərini Rusiyaya qarşı durmağa inandırmağa çalışır”. 

Redaktor.az  xəbər verir ki, bu barədə informasiyanı “The New York Times” nəşri yayıb.

Məqalədə deyilir ki, Vaşinqton neytral dövlətlərdən “Rusiyanı təcrid etmək və müharibəyə qəti son qoymaq” üçün Moskvaya qarşı sanksiyalar tətbiq etməyi, diplomatik təzyiq və hərbi dəstək tələb edir.

“İndiyədək onlardan demək olar ki, hər biri digər mühüm təhlükəsizlik məsələlərində Birləşmiş Ştatlarla tərəfdaşlıq etməsinə baxmayaraq, bunu etmək istəyini açıqlamayıb”, - yazıda vurğulanıb