Rusların Ukraynadakı İTKİLƏRİ

 14:31 12.06.2022     1254

Ukrayna müharibənin 109-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 32 150 hərbçi, 1430 ədəd tank, 3484 ədəd zirehli döyüş maşını, 715 ədəd artilleriya sistemi, 224 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 97 hava hücumundan müdafiə sistemi, 212 ədəd hərbi təyyarə, 178 ədəd helikopter, 2455 ədəd avtomobil texnikası, 13 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 582 ədəd PUA, 54 ədəd xüsusi texnika, 125 qanadlı raket itirib.