“Qərb Ukraynaya nüvə başlıqları verə bilər”- Avropalı deputat

 15:30 12.06.2022     422

Polşanın keçmiş xarici işlər naziri, hazırda isə Avropa Parlamentinin üzvü olan Radoslav Sikorski bildirib ki, Qərb hökumətləri ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün Kiyevi nüvə silahı ilə təmin etməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə “Espresso” telekanalının efirində vurğulayıb.

“Rusiya Budapeşt Memorandumunu pozduğuna görə, mən hesab edirəm ki, Qərb müstəqilliyini qoruya bilməsi üçün Ukraynaya nüvə başlıqları verə bilər”, –  o, deyib.

Sikorski Avropanın Ukraynanın təhlükəsizlik təminatının pozulmasına heç bir reaksiya vermədiyini və itkiləri kompensasiya etmək üçün heç bir iş görmədiyini bildirib.