Norveçin neft hasilatı fəhlələrin tətilinə görə DAYANA BİLƏR

Norveçdə neft hasilatı dənizdəki mədən işçilərinin tətili səbəbindən azala və ya ümumiyyətlə dayana bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Norveç Neft Assosiasiyası (NOG) məlumat yayıb.
Bildirilir ki, tətil işçilərin əmək haqlarının səviyyəsindən narazı olması səbəbindən başlaya bilər. Müəssisələrdə çalışan 7,5 min işçidən 845 nəfəri tətilə başladığını elan edib.
Həmkarlar ittifaqlarının məlumatına görə, əmək haqqının artırılması ilə bağlı işəgötürənlərlə danışıqların nəticəsiz qalması ilə daha genişmiqyaslı tətil iyunun 13-də başlayacaq.
Yaxın gələcəkdə daha çox işçi bu tətilə qoşula bilər.