Fransada seçki fiaskosu - Əhalinin yarıdan çoxu səs vermədi

Bu gün Fransa parlamentinin aşağı palatasına keçirilən seçkilərdə yerli vaxtla saat 17:00-a olan nəticələrə əsasən, seçici fəallığı 39.42% təşkil edib.
Redaktor.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
BFM telekanalı yekun seçici fəallığı ilə bağlı proqnoz dərc edib. Qeyd olunur, saat 20:00-da göstərici 47,2% təşkil edəcək. Bu nəticə olduqca aşağıdır. Fransada seçkilərin etibarlı olması üçün minimum iştirak tələbi yoxdur.
Müşahidəçilər qeyd edirlər ki, fransızlar son 30 ildə sistematik olaraq parlament seçkilərinə marağını itirib.