Litva Ukrayna üçün müasir dronlar aldı

 21:13 12.06.2022     440

Litva hökuməti Ukrayna üçün yeni müasir pilotsuz uçuş aparatları (dronlar) alıb.

Redaktor.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Qeyd olunub ki, dronlardan ilk partiyası tezliklə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək.

Estoniyada istehsal edilən "EOS C VTOL" adlı kəşfiyyat dronlarının alınması üçün 660 000 avro ödənilib. Qarşıdakı aylarda pilotsuz uçuş aparatlarından daha ikisinin Ukraynaya təhvil veriləcəyi bildirilir.

Saatda 107 km sürətlə hərəkət edən dron helikopter kimi şaquli qalxa və enə bilir. Dronlar əsasən kəşfiyyat əməliyyatları üçün nəzərdə tutulub.