Yanacaqdaşıyan maşın ağıq qəza törətdi - 3 nəfər öldü

 21:26 12.06.2022     548

Türkiyənin Dənizli-Antalya magistralında yanacaqdaşıyan maşın ağır qəza törədib.

Redaktor.az "Anadolu"ya istinadən xəbər verir ki, maşının sürücüsü idarəetməni itirib və qarşıdan gələn minik avtomobili ilə toqquşub.

Qəza zamanıminik avtomobilinin sürücüsü, atası və həyat yoldaşı vəfat edib, iki nəfər isə ağır yaralanıb.

Yanacaqdaşıyan avtomobilin sürücüsünün saxlanıldığı bildirilir. Qəza ilə bağlı istintaq aparılır.