İran rusiyalı iş adamları üçün vizanı ləğv edəcək

 23:26 12.06.2022     372

İran hakimiyyəti ölkəyə investisiyaları stimullaşdırmaq məqsədilə rusiyalı iş adamları üçün vizasız rejim tətbiq etmək imkanını nəzərdən keçirir.

Redaktor.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri deyib.

O, bildirib ki, Rusiya və İranın idarə və qurumlar səviyyəsində əməkdaşlıq tələb edən ən vacib mövzuları enerji, ticarət və tranzitdir. Safari son aylarda İranın Rusiyaya ixracının artdığını da qeyd edib. 

Martın sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya İranla birlikdə Qərbin sanksiyalarından yan keçməyə imkan verəcək əməli addımlar atmaq niyyətindədir. May ayında Rusiya və İran qarşılıqlı hesablaşmalarda milli valyutalara keçid və onların ödəniş sistemlərinin unifikasiyası məsələlərini müzakirə ediblər.

"Castellum.ai" sanksiyaları izləmə məlumat bazasına əsasən, Rusiya tətbiq edilən sanksiyaların sayına görə dünyada birinci yerdədir. Rusiyaya qarşı 5,5 min sanksiya tətbiq edilib, bu da KXDR (2 min) və İrana (3,6 min) qarşı tətbiq edilən sanksiyalardan çoxdur.