İşçilərin oturmadığı ofis

 01:42 13.06.2022     162

Hollandiyalı memarlar "Oturmağı dayandır" adlı unikal incəsənət obyektini təqdim ediblər.

Redaktor.az  AZƏRTAC-a istinadən bildirir ki, bu layihənin ideyasına uyğun olaraq, memarlar ofis işçilərini fiziki hərəkətlərə və fəaliyyətə həvəsləndirmək üçün oturma yerləri olmayan bir ofis yaratmağı təklif ediblər.

Memarların fikrincə, ofis işi insanlarda 8 xəstəliyin, o cümlədən göz quruması, kürək və əzələ ağrısı, qastrit və depressiya kimi xəstəliklərin yaranmasına səbəb olur.