Tiflisdə müəmma - Məxfi sənədlər küçədə tapıldı

 02:40 13.06.2022     152

Gürcüstanın paytaxtı Tiflisin Mickeviçi küçəsində ölkədə fəaliyyət göstərən bir sıra diplomatik missiya nümayəndəliklərinin, müşahidəçi missiya üzvlərinin və onların ailələrinin şəxsi məlumatlarını əks etdirən məlumatlar tapılıb.

Redaktor.az axar.az-a istinadən bildirir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.

Məlumata görə, BMT və Avropa İttifaqının müşahidəçi missiyalarında fəaliyyət göstərən şəxslərin, bir sıra Avropa və Asiya ölkələrinin səfirlik əməkdaşlarının, onların ailə üzvlərinin bank hesabları və digər şəxsi bilgiləri əksini tapıb.

Hadisə yerinə polis çağırılır, araşdırma aparılır.