Ukraynalı polkovnik uşaqlara ATƏŞ AÇDI

 09:47 13.06.2022     167

Ukrayna Baş Qərargahının Hüquq Departamentinin rəisi, polkovnik Yuri Bobrov küçədə oynayan uşaqlara atəş açıb.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb. Hadisə nəticəsində uşaqlar təşvişə düşüb.

İnsident anı təhlükəsizlik kameralarına düşüb. Görüntülərin yayılmasından sonra Ukraynanın müdafiə naziri Oleksi Reznikov faktın araşdırıldığını bildirib. 

"Hadisənin aydınlaşdırılması üçün dərhal araşdırmalara başlanılıb. Bu, həm intizam, həm də cinayət məsuliyyətidir. Ukrayna Silahlı Qüvvələrinin rəis müavini, general-leytenant Yevgeni Moysyukun rəhbərliyi ilə komissiya yaradılıb. İstintaq zamanı adıçəkilən hərbçi işdən çıxarılıb”, - deyə nazir vurğulayıb.