Ankarada məktəblər bağlandı

 09:57 13.06.2022     129

Bu gün (iyunun 13-də) Türkiyənin Ankara əyalətində güclü yağışın yağması səbəbindən təhsilə birgünlük fasilə verilib.

Redaktor.az “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Ankara valiliyi açıqlama yayıb.

“Meteoroloqların məlumatına əsasən, iyunun 13-də Ankara əyalətində yerlərdə güclü göy gurultusu ilə leysan yağacaq, yağışın ardından güclü külək əsasəcək. Dolu düşəcəyi də gözlənilir. Sel və su daşıqınlarının, ildırım çaxacağı gözlənilir. Bu kimi hadisələrə qarşı diqqətli və tədbirli olmaq məsləhətdir”, - valiliyin xəbərdarlığında qeyd edilib.

Ankara valisi Vasip Şahinin sözlərinə görə, əyalətin Akyurt rayonunda leysan səbəbindən evləri və iş yerlərini su basıb, iki nəfər ölüb. Məlumata görə, sel nəticəsində bir istinad divarı uçub. Bir avtomobil divarın altında qalıb.

Bildirilib ki, rayon mərkəzi və məhələlərdəki sel suları Esenboğa Hava limanının yerləşdiyi rayondan Balıkhisar məhəlləsinə, orada da Ankara çayına axır.