Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - SİYAHI

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 32 300 canlı qüvvəsi, 1 432 tankı, 3 492 zirehli döyüş maşını, 718 artilleriya sistemi, 226 reaktiv yaylım atəşi sistemi, 97 havadan müdafiə sistemi, 213 hərbi təyyarəsi, 178 helikopteri, 585 dronu, 125 qanadlı raketi, 13 gəmi/kateri, 2460 avtomobil texnikası və yanacaq çəni və 54 xüsusi texnikası məhv edilib.
Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts istiqamətində verib.
T.İSMAYIL
