Ukraynada daha bir azərbaycanlının meyiti tapıldı - VİDEO

 11:54 13.06.2022     124

Rusiyanın Ukraynanı işğalı davam edir.

Redaktor.az xəbər verir ki, Baku TV-nin Şərqi Avropa bürosunun bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Kiyev şəhərindən son məlumatları çatdırıb.

O, bildirib ki, ötən sutka ərzində də Kiyevdə həyəcan siqnallarının ardı-arası kəsilməyib.

Həmçinin o qeyd edib ki, Mariupolda müvəqqəti yaşayan, əslən Gəncə şəhərindən olan Həsənov Rəşad Əli oğlunun meyiti tapılıb. O, Mariupolda dəfn olunub.

Bundan başqa, Donetskdə də əslən azərbaycanlı olan Qəşəm Məmmədovun 3 uşağı yaralanıb. Yaralıların vəziyyəti stabildir.

Ətraflı süjeti təqdim edirik: