Ermənistanda yüksək vəzifəli qadın istefa verdi

Tatevik Revazyan Ermənistan Mülki Aviasiya Komitəsinin rəhbəri vəzifəsindən istefa verib.
Redaktor.az xəbər verir ki, o bu barədə öz Facebook səhifəsində məlumat yayıb.
O, Mülki Aviasiya Komitəsinin sədri vəzifəsində təxminən dörd il işlədiyini xatırladıb.
T.Revazyan istefasının əsl səbəblərini açıqlamaq istəməyib.