Ukraynada Rusiya agenti ələ keçdi - VİDEO

 17:19 13.06.2022     469

Ukrayna Təhlükəsizlik Xidməti Xarkov vilayətində ukraynalı hərbçilərin mövqelərini düşmənə ötürən rus agentini saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Agentin Xarkov ətrafında saxlanıldığı bildirilir. Xainin internet vasitəsilə işə götürülən yerli sakin olduğu ortaya çıxıb.

Rusiya Federasiyasından olan kuratorunun göstərişi ilə həmin şəxs Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və regiondakı digər hərbi birləşmələrin rayon ərazisində yerləşdiyi yerləri qeydə alıb. Digər məsələlərlə yanaşı, düşməni nəzarət-buraxılış məntəqələrinin və hərbi istehkamların koordinatları maraqlandırıb.

Bildirilir ki, UTX-nin xüsusi təyinatlıları vətən xainini növbəti tapşırığı yerinə yetirməyə gedərkən  saxlayıblar.

İndi xaini 12 ilə qədər həbs cəzası gözləyir (oxu.az).