Burkina-Fasoda 100 nəfər öldürüldü

Burkina-Fasonun şimal-şərqində silahlıların hücumu nəticəsində azı 100 nəfər həlak olub.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Afrika ölkəsinin təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, iyunun 12-nə keçən gecə silahlı qrup Nigerlə həmsərhəd olan Seytenqa kommunasında (Seno əyaləti) yaşayış məntəqələrinə hücum edib.
Bəzi mənbələr ölənlərin sayı 165 olduğunu bildirib.Baş verənlərin təfərrüatları açıqlanmayıb.
Hazırkı hücumun baş verdiyi Burkina Faso ərazisində bir sıra terror qruplaşması fəaliyyət göstərir (modern.az).