İqor Dodonun həyatı yoldaşı da prokurorluğa çağırıldı

Moldovanın keçmiş prezidenti İqor Dodonun həyatı yoldaşı prokurorluğa çağırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Dodonun özü məlumat verib.
O, həyat yoldaşının konkret olaraq nədə ittiham olunduğunu açıqlamayıb.
Keçmiş Prezidentin sözlərinə görə, qadın uşaqları şahmat dərsinə aparan zaman prokurorluq əməkdaşları onu küçədə saxlayıblar.
Dodon iddia edir ki, onun həyat yoldaşı “fasiləsiz olaraq izlənilir”.
Bundan əvvəl İqor Dodonun özü saxlanılıb. Kişinyov məhkəməsi eks-prezidentə 30 sutka ev dustaqlığı verib.