Ukrayna üçün dronları zərərsizləşdirən sistemlər alındı

 20:26 13.06.2022     148

Litvalılar Ukrayna üçün ümumi dəyəri təxminən bir milyon yarım avro olan 110 ədəd pilotsuz uçuş aparatları əleyhinə sistemlər alıb.

Redaktor.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

EDM4S adlı sistemlər Litva daxilində istehsal olunur. Silahlar ən qısa zamanda Ukraynaya gətiriləcək. Onların Ukrayna Silahlı Qüvvələrinin 35 bölməsi arasında bölüşdürülməsi planlaşdırılır.

Sistemlər düşmənin pilotsuz uçuş aparatlarını yerə endirmək üçün nəzərdə tutulub.