BMT-nin Ali Komissarı istefa vermək niyyətindədir

 22:20 13.06.2022     167

Bu yaxınlarda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Çinə səfər edib. Lakin onun bu səfəri fəalların və Qərb siyasətçilərinin kəskin tənqidinə səbəb olub. Odur ki, M.Baçelet vəzifəsindən istefa vermək niyyətində olduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

“Ali komissar kimi səlahiyyət müddətim başa çatdığına görə şuranın əlamətdar 50-ci sessiyasında sonuncu brifinqi keçirəcəm”, - o vurğulayıb.