Yunan sərhədçiləri əfqan miqrantı güllələyib

 22:42 13.06.2022     161

Yunan sərhədçiləri Türkiyə-Yunanıstan sərhədini qanunsuz keçməyə cəhd edən əfqan miqrantı güllələyib.

Redaktor.az xəbər verir ki, bu barədə türk polisi məlumat yayıb. Ədirnə əyalətinin polis idarəsi faktı təsdiqləyib.

 

oğan Xəbər Agentliyinin məlumatına görə, yunan sərhədçiləri ölkəyə qanunsuz daxil olmaq istəyən 8 əfqan miqrantdan ibarət qrupa atəş açıb. Nəticədə 1 nəfər ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.