Kuleba Ukraynaya silah tədarükünü sürətləndirməyə çağırdı

 23:12 13.06.2022     163

"Mən tərəfdaşları Ukraynaya ağır silahların çatdırılmasını sürətləndirməyə çağırıram".

Redaktor.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter" hesabında yazıb.

"Ukrayna sübut edib ki, öz çəkisindən xeyli ağır yumruqlar vura bilər və bütün ehtimallara qarşı mühüm döyüşlərdə qalib gələ bilər: Kiyev, Çerniqov, Sumı, Xarkov bunun sübutudur. Ukraynanın kifayət qədər silahı olarsa nə edə biləcəyini təsəvvür edin. Mən tərəfdaşları Ukraynanın qələbəsini aydın məqsəd kimi müəyyənləşdirməyə və ölkəyə ağır silahların çatdırılmasını sürətləndirməyə çağırıram", - deyə o, bildirib.