Ukrayna müharibəsində dəhşət - Ata oğluna qarşı döyüşür

 22:45 13.06.2022     212

Ukraynanın Luqansk vilayətində separatçıların tərəfindən döyüşən tankçının oğlunun Ukrayna ordusunun hərbçisi olduğu üzə çıxıb.

Redaktor.az teleqraf.com-a istinadən bildirir ki, tankçı ata Severodonetskdə əsir götürülüb.

Ukrayna Müdafiə Nazirliyinin məlumatında qeyd olunur:

"Bu məhbus Donetsk sakinidir, 2015-ci ildən DXR-in qondarma "xalq milislərinin" tank bölməsinin tərkibində Ukrayna ordusuna qarşı döyüşür. Zəbtdən sonra o, ruslarla birlikdə Luqansk vilayətinə gəlib. Onun oğlu vətənin müdafiəsi üçün döyüşür, özü isə oğluna qarşı..."

Əsir düşən ata isə bunları deyib:

"Mənim ailəm - həyat yoldaşım və oğlum 2014-cü ildən Dnepr şəhərində yaşayırlar. Mən özüm 2015-ci ildən DXR hərbçisiyəm. Martın 25-də biz Ukrayna Silahlı Qüvvələri ilə aktiv döyüş əməliyyatlarına başlamaq üçün yola düşdük. Rubejnoyedəki "Zarya" kimya zavodunda, dram teatrında və Severodonetsk şəhərinin köhnə hissəsində mülki əhalinin gizləndiyi yaşayış binalarını dağıtmaq üçün tankdan istifadə etmişəm. Əmrə əsasən şəhəri yerlə yeksan etdik, piyada qoşunları üçün keçidlər çəkdik".