Türkiyə İraqda şəhid verdi

 23:51 13.06.2022     457

İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyat zonasında Türkiyə ordusunun əsgəri şəhid olub.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə ordusunun əsgəri terrorçular tərəfindən açılan atəş nəticəsində həlak olub.

Nazirlik əsgərin ailəsinə başsağlığı verib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən