Misirda 16 yaşdan kiçik uşaqlara yeni QADAĞA

 01:33 14.06.2022     148

Misir hakimiyyəti bayram və istirahət günlərində böyüklərin müşayiəti olmadan 16 yaşdan kiçik uşaqların Qahirədə Böyük Piramidalara səfərini qadağan etmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə "Egypt Independent" nəşri xəbər verib.

"Cümə və şənbə günləri [Misirdə istirahət günləri] və bayram günlərində 16 yaşdan kiçik uşaqlar böyüklərin müşayiəti olmadan və ya şəxsiyyəti vəsiqəsi olmadan piramidalara buraxılmayacaqlar", - deyə qeyd olunub.

Məlumata əsasən, qərar iyul ayından qüvvəyə minir (Trend.az).