Əfqanıstan prezidentinin rus qatili ÖLDÜ

 02:39 14.06.2022     382

Əfqanıstanın keçmiş prezidenti Hafizullah Amini iqamətgahına basqın zamanı şəxsən məhv edən Rusiyanın "Alfa" xüsusi təyinatlılarının üzvü Aleksandr Plyusnin 73 yaşında ölüb.

Redaktor.az teleqraf.com-a istinadən bildirir ki, o, sambo üzrə SSRİ DTK-nın dəfələrlə çempionu olub.

Aleksandr Plyusnin 27 dekabr 1979-cu ildə həyata keçirilən "Fırtına-333" (Əfqanıstan diktatorunun Kabilin kənarındakı sarayına hücum) və "Baykal-79" (Kabildəki strateji obyektlərin ələ keçirilməsi) əməliyyatlarında fəal iştirak edib.

Məhz həmin əməliyyat zamanı Hafizullah Amin öldürülmüşdü.