Rusiyanın Ukraynadakı itkiləri - SON SİYAHI

 09:57 14.06.2022     522

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 32 500 canlı qüvvəsi, 1 434 tankı, 3 503 zirehli döyüş maşını, 721 artilleriya sistemi, 229 reaktiv yaylım atəşi sistemi, 97 havadan müdafiə sistemi, 213 hərbi təyyarəsi, 179 helikopteri, 588 dronu, 125 qanadlı raketi, 13 gəmi/kateri, 2473 avtomobil texnikası və yanacaq çəni və 54 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts istiqamətində verib.

T.İSMAYIL

2