İlon Mask “Twitter”in işçiləri ilə kütləvi ixtisarları müzakirə edəcək

 12:17 14.06.2022     383

Amerikalı sahibkar İlon Mask iyunun 16-da virtual ümumi yığıncaqda ilk dəfə “Twitter” işçilərinə müraciət edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Paraq Aqravalın işçilərə məktubunda qeyd olunub.

Bildirilir ki, Mask işçilərin əvvəlcədən göndərilən suallarını cavablandıracaq.

Ehtimal olunur ki, görüşdə kütləvi ixtisarlar və ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Twitter” sosial şəbəkəsinə qayıdışı mövzularına toxunulacaq.