Rusiya Ukraynanın hərbi itkilərini AÇIQLADI

 13:33 14.06.2022     144

Rusiya müharibə başlayandan indiyədək Ukraynanın 200-dən çox hərbi təyyarəsini məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

O, müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkiləri də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 202 təyyarə, 131 helikopter, 1205 pilotsuz uçuş aparatı, 338 zenit-raket kompleksi, 3548 tank və digər zirehli döyüş texnikası, 521 reaktiv buraxılış qurğusu raket sistemləri, 1947 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 3605 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.