“Sümüklər üzərində rəqs” - Ruslar Mariupolda bombaladıqları teatrı yenidən açacaq

 13:54 14.06.2022     212

“Rusiyalı işğalçılar sentyabr ayında bombalanmış Mariupol Dram Teatrında yeni mövsümü açmaq niyyətindədirlər”.

Redaktor.az xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko “Telegram” hesabında bildirib.

“Mariupoldakı Dram Teatrı sentyabrın 10-da açılmalıdır, yeni mövsüm iki-üç rəqs və estrada konsert nömrələri, həmçinin teatr tamaşası ilə açılacaq”, - deyə Andryuşşenko işğal administrasiyasının rəsmi məlumatından sitat gətirib.

“Sümüklər üzərində rəqs, məzarlıqda tamaşa… Və işğalçılar hər şeyi əməkdaşlıq etdikləri ilə birlikdə təşkil edirlər. Növbəti dəfə ikiüzlü Rusiya yenidən humanizm haqqında nəsə danışmağa başlayanda sadəcə bu xəbəri xatırlayın”, - deyə o qeyd edib (oxu.az).