“Türkiyə kosmosda öz maraqlarını müdafiə etməyə borcludur” - Ərdoğan

 16:41 14.06.2022     165

“Türkiyə quruda, dənizdə və havada olduğu kimi, kosmosda da öz maraqlarını müdafiə etməyə borcludur”. 

Redaktor.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Çərşənbə axşamı Ankarada Türksat 5B telekommunikasiya peykinin istismara verilməsi mərasimi keçirilib. Türksat 5B peyki sayəsində Türkiyədə məlumat ötürmə qabiliyyəti 15 dəfə artacaq.
Türksat 5B-nin əhatə dairəsinə Türkiyə ilə yanaşı, bütün Yaxın Şərq, Fars körfəzi, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Şərqi Afrika, Nigeriya, Cənubi Afrika və onun yaxın qonşuları daxil olacaq. Türksat 5B mövcud Türksat 3A və Türksat 4A peyklərinə əlavə olacaq.
Yeni beşinci nəsil telekommunikasiya peyki Türksat 5B-nin istifadəyə verilməsi ilə orbitdə fəaliyyət göstərən türk peyklərinin sayı 8-ə çatıb.


"Türkiyə quruda, dənizdə və hava məkanında olduğu kimi kosmosda da öz maraqlarını müdafiə etməyə borcludur. Bu, hər bir vətəndaşın şərəf borcudur", - deyə "Anadolu" agentliyi Ərdoğandan sitat gətirib.