Rusiyalı aktrisa özünü Ukrayna qaçqını kimi təqdim etdi

 21:51 14.06.2022     156

Rusiyalı aktrisa Leva Andrejevaite Cənubi Afrikanın paytaxtı Keyptauna buraxılmayıb.

Modern.az xəbər verir ki, sənətçi ölkəyə daxil olmaq üçün saxtakarlığa əl atıb. 

Belə ki, o, özünü “Putin müharibəsindən qaçmış ukraynalı qaçqın” kimi təqdim edib. Afrika ölkəsinə qaçqın adı ilə daxil olan aktrisa milyarder Rob Hersovun təşkil etdiyi ad günü mərasimində iştirak edib.

Ziyafətdə çəkilən fotoların mətbuata sızmasından sonra rusiyalı aktrisa ölkədən deportasiya edilib.