Antalyada turist avtobusu aşdı - Ölən və yaralananlar var – VİDEO

 22:15 14.06.2022     366

Antalyanın Korkuteli rayonu Fethiye şossesində tur avtobusu aşıb.

Redaktor.az xəbər verir ki,Qəzada 1 turistin həyatını itirdiyi, 22 nəfərin yaralandığı bildirilib.

Avtobusda 5 fərqli ölkədən gələn 20 turist, 2 bələdçi və 1 sürücü olub. Ölən şəxsin əcnəbilərdən biri olduğu qeyd edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.