Rusiya "Taliban" hökumətini  TANIYA BİLƏR

 22:20 14.06.2022     199

Rusiya Əfqanıstanda hakimiyyətdə olan Taliban hökumətini tanıya bilər.

Redaktor.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib.

Rusiyanın “Pervıy Kanal” dövlət televiziyasına müsahibəsində Kabulov deyib ki, “Taliban” hökumətinin ticarət nazirinin müavini Moskvaya səfər edəcək.

Əfqanıstanın bəzi məhsulların alınması üçün Rusiyaya müraciət etdiyini qeyd edən Kabulov Rusiya prezidenti Vladimir Putinin Əfqanıstana taxıl göndərilməsinə icazə verdiyini bildirib.

Rusiyanın Əfqanıstandakı Taliban hökumətini tanıması ehtimalından Kabulov bildirib ki, bu, mümkündür:

"Bunun üçün şərtləri həm Rusiya prezidenti, həm də xarici işlər naziri müəyyən edib. Bu istiqamətdə atılacaq ilk addım hərtərəfli və effektiv siyasi hökumətin yaradılmasıdır. Biz bunu əfqan tərəfdaşlarımıza açıq deyirik. Bu olarsa, ciddi danışıqlara zəmin yaradanacaq".