Ukrayna istədiyi silahların 10%-ni alıb

 23:16 14.06.2022     209

Ukrayna beynəlxalq tərəfdaşlardan istədiyi silahların 10%-ni alıb.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

 

Onun sözlərinə görə, indi Ukrayna Rusiyaya müqavimət göstərmək üçün bütün gücünü sərf edir.

“Başa düşmək lazımdır ki, bu ölkənin silahlanması və şəxsi heyətinin sayı bizim imkanlarımızdan xeyli üstündür.Ukrayna nə qədər çalışsa da, ordumuz nə qədər peşəkar olsa da Qərb tərəfdaşlarının köməyi olmadan bu müharibədə qalib gələ bilməyəcəyik”, - deyə Malyar bildirib.

Eyni zamanda, o, Ukraynanın beynəlxalq tərəfdaşlardan istədikləri silahların yalnız 10%-nin aldığını vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri hər gün təxminən 6000 artilleriya mərmisindən istifadə edir (apa.az).