ABŞ Ukraynaya kəşfiyyat məlumatları ötürəcək

 23:41 14.06.2022     480

ABŞ yaylım atəşli reaktiv sistemlərdən (MLRS) istifadə edərək daha dəqiq zərbələr endirmək üçün Ukraynaya kəşfiyyat məlumatları ötürəcək.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kahl bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna hərbçilərinə Amerikanın HIMARS raket sistemlərindən istifadə üzrə təlimlər keçirilir.

Pentaqonun rəhbərinin müavini bildirib ki, Kiyevə verilən silahların əhəmiyyətli gücünə baxmayaraq, hazırda Rusiya daha çox artilleriyaya malikdir: "Biz ukraynalıları Ukrayna ərazisindəki hədəfləri vurmaq üçün lazım olan hər şeylə təmin etmək niyyətindəyik".