Gürcüstan prezidenti əhalini mitinqə çağırdı

 02:39 15.06.2022     333

Gürcüstan prezidenti Salome Zurabişvili vətəndaşları Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.

Redaktor.az xəbər verir ki, o ölkənin Avropaya inteqrasiyası siyasəti kursunun dəstəklənməsi üçün vətəndaşları iyunun 16-da Tbilisidə, Avropa meydanında keçiriləcək mitinqə gəlməyə çağırıb.

 

İyunun 16-da sizi Avropa Meydanına və Rike Parkın yaxınlığında toplaşmağa dəvət edirəm. Gəlin bir-birimizin gözünün içinə baxaq və Avropaya inteqrasiya yolunda özümüzü, birliyimizi, iradəmizi göstərək”,- deyə Zurabişvili bildirib.

O, həmçinin müxalifəti ölkədə baş verənlərlə bağlı Aİ-yə yanlış məlumat göndərməkdə ittiham edib. Zurabişvili bir daha bütün tərəfləri birliyə çağırıb (apa.az).