Rusiya Türkiyəyə xəbərdarlıq etdi

 09:32 15.06.2022     1057

"Türkiyənin Suriyada mümkün əməliyyatı bölgədə gərginliyin artmasına və silahlı qarşıdurmanın yeni mərhələsinə gətirib çıxaracaq".

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentev xəbərdarlıq edib.

O, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında hərbiləşmiş kürd qüvvələrinə qarşı əməliyyat keçirməklə bağlı elan edilmiş planlarını şərh edib.

Lavrentev belə bir qərarı bütövlükdə “çətin və gərgin” olaraq qalan vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara biləcək əsassız addım adlandırıb.

A.Lavrentev sözlərinə görə, Moskva Ankaranı bu addımdan əl çəkməyə və Türkiyəni narahat edən məsələləri sülh yolu ilə həll etməyə çalışmaq niyyətindədir.

Putinin xüsusi nümayəndəsi vurğulayıb ki, Moskva problemin bütün maraqlı tərəflər arasında dialoq və sülh yolu ilə həllinə çağırır. O, həmçinin əlavə edib ki, Rusiya tərəfi hər cür dəstəyi verməyə hazırdır.

Son məlumatlara görə, Türkiyə silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) silahlıları ölkənin şimalında yeni əməliyyata hazırlıq işlərini yekunlaşdırıb. Hazırda ordu əməliyyata başlamaq üçün Ankaranın əmrini gözləyir. Qeyd olunur ki, Türkiyə hərbçiləri Tell-Rifat və Mənbic şəhərləri ətrafında döyüş mövqelərini tutub və terrorçu qruplaşmaların mövqelərini atəşə tutur.