Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - Bir gündə 250 hərbçi...

 09:44 15.06.2022     2427

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 32 750 (250+) canlı qüvvəsi, 1 440 tankı, 3 528 zirehli döyüş maşını, 722 artilleriya sistemi, 230 reaktiv yaylım atəşi sistemi, 97 havadan müdafiə sistemi, 213 hərbi təyyarəsi, 179 helikopteri, 591 dronu, 129 qanadlı raketi, 13 gəmi/kateri, 2485 avtomobil texnikası və yanacaq çəni və 55 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Baxmuts və Severodonetsk istiqamətində verib.

T.İSMAYIL

2