İran 5 dəfə silkələndi

 11:50 15.06.2022     326

Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Çarək limanı ətrafında güclü təkanlarla müşayiət olunan 5 ardıcıl zəlzələ qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələlərin gücü minimum 4,2 bal, maksimum 5,2 bal olub. 5,2 bal gücündəki zəlzələnin dərinliyi 9 km olub.

Ehtimal olunan dağıntı və insan itkisi haqqında məlumat verilməyib.